Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Böyük qayıdış Azərbaycan dövlətinin ən mühüm prioritetlərindəndir

Böyük qayıdış Azərbaycan dövlətinin ən mühüm prioritetlərindəndir

05.05.2022 [12:52]

Postmüharibə dövrünün yaratdığı reallıqlar ölkəmizin qarşısında mühüm çağırışlar müəyyənləşdirməkdədir. Praqmatik siyasət kursuna malik olan Azərbaycan postmüharibə mərhələsində öz gündəliyini yeni reallıqlara və çağırışlara adekvat olaraq müəyyənləşdirib. Dövlət başçımızın müəyyənləşdirilən hədəflərlə bağlı Özünün aydın baxışlarını ifadə etməsi onu deməyə əsas verir ki, ölkəmiz indiki strateji mərhələdə də böyük uğurlara imza atmaqdadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımız yenidən dirçəlir, qurulur. İşğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir. Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. Bəhs olunan ərazilərin iqtisadi potensialı isə kifayət qədər böyükdür. Azərbaycan həmin resurslardan maksimum səmərə ilə istifadə etmək və işğaldan azad olunmuş ərazilərdə 10-dan çox su elektrik stansiyası yaratmaq niyyətindədir. Beləliklə, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdəki bərpaolunan enerji mənbələri hesabına ölkəmizin elektrik enerjisi istehsalı imkanları daha da artacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğaldan azad edilən əraziləri “yaşıl enerji” zonası elan edib. Zəngilanda həyata keçirilən "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri, Ağdamın və digər regionlarımızın Baş Planının hazırılanması və bu kimi fəaliyyətlər qısa zamanda Qarabağın cənnətə çeviriləcəyinə böyük inam yaradır. Yeri gəlmişkən, Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etdiyi zaman da bildirdi ki, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar: "Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf".

İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir. Burada yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması digər prioritet istiqamət kimi müəyyənləşdirilib. Qısa zaman kəsiyində ərsəyə gələn Füzuli Beynəlxalq Hava Limanı, eləcə də Zəngilanda və Laçında tikilən beynəlxalq səviyyəli hava limanlarının inşası bir sıra nöqteyi-nəzərdən önəmlidir. Hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu, respublikamız üçün strateji önəm daşıyır. İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının inşasının önəmini şərtləndirən digər bir mühüm amilə diqqət yetirək. Qalib Azərbaycan Şərqi Zəngəzuru regional haba çevirmək niyyətindədir.

İşğaldan azad olunmuş ərazilərdə yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Əhmədbəyli-Füzuli-Şuşa yolu, Zəfər yolu Azərbaycan xalqının illərdir yığılan həsrətini bitirib bizləri Qarabağa, Şuşaya qovuşdurur. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

Qeyd edildiyi kimi, dövlətimizin ən mühüm prioritetlərindən biri, bəlkə də birincisi "Böyük qayıdış"ın təmin olunmasıdır. Bunu öz çıxışında möhtərəm Prezidentimiz də vurğulayıb: "Qarşıda duran digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub".

Bəli, bu gün bütün qaçqın və məcburi köçkünlər inanırlar ki, son 19 il ərzində onların həyat şəraitinin yüksəldilməsi istiqamətində əsaslı işlər görən Prezident İlham Əliyev Ali Baş Komandan kimi qısa zamanda işğaldan azad etdiyi torpaqlarda fenomal işlərə imza atacaq, hər kəsi öz yurduna qovuşduracaq.

Elnur Əmirəslanov

YAP Hacıqabul rayon təşkilatının sədri 

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

25 May 10:30

MEDİA

Siyasət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31