Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Kəlbəcərdə yeni hərbi hissənin açılışı ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində atılmış növbəti mühüm addımdır

Kəlbəcərdə yeni hərbi hissənin açılışı ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində atılmış növbəti mühüm addımdır

30.06.2022 [11:03]

2020-ci ildə Azərbaycan xalqı, Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində Vətən torpaqlarını işğaldan azad etməklə tarix yazdı. Bu gün isə artıq həmin torpaqların yenidən dirçəldilməsi, işğaldan azad olunmuş ərazilərdə yeni həyatın qurulması məqsədilə dövlətimiz tərəfindən möhtəşəm işlər görülür. Dövlətimizin başçısı quruculuq işlərinin böyük vüsətlə aparıldığı həmin bölgələrə müntəzəm səfərlər edir və bununla da bütün işlərin xüsusi diqqət mərkəzində saxlandığını vurğulayır. Prezident İlham Əliyevin hər belə səfəri yeni təməlqoyma və açılış mərasimləri ilə müşayiət olunur. Bu da işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin yüksək dinamikasından, intensivliyindən xəbər verir. 

O cümlədən möhtərəm dövlət başçımızın iyunun 26-27-də Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi növbəti səfəri də bir neçə açılış və təməlqoyma mərasimləri ilə əlamətdar oldu. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında gedən işlərlə tanış olub. Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Həmçinin Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, İstisu sanatoriyasının təməlini qoyub. Dövlətimizin başçısı Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib. Göründüyü kimi, cəmi iki günlük səfər ərzində Ölkə Prezidenti hər biri xüsusi önəm daşıyan bir çox layihənin reallaşması prosesinin gedişinə və tamamlanmasına nəzarəti şəxsən həyata keçirib.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri də azad edilmiş ərazilərdə ən müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bu baxımdan təməli 2021-ci ildə qoyulan və 2024-cü ildə tamamlanması planlaşdırılan Laçın Beynəlxalq Hava Limanının tikintisi də strateji əhəmiyyət kəsb edən bir məsələdir. Etiraf olunmalıdır ki, əsasən dağlıq ərazilərdən ibarət olan Laçın rayonunda Beynəlxalq Hava Limanının inşa olunması həqiqətən də möhtəşəm bir ideyadır və bu layihənin reallaşması ilə bölgənin həyatı tamamilə dəyişəcək. Həm Laçının, həm də qonşu rayonların ilk növbədə turizm imkanları kəskin şəkildə artacaq. Ən əsası isə, Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşən bu hava limanı strateji təyinatlı olacaq.

Əlbəttə ki, bu gün ölkənin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən əsas məsələlərdən biri də dövlət sərhədlərimizin möhkəmləndirilməsi, ordumuzun daha da gücləndirilməsidir. Məhz buna görə də Prezident İlham Əliyev bu məsələləri daim xüsusi diqqət mərkəzində və şəxsi nəzarətində saxlayır. İyunun 26-da Kəlbəcərdə Müdafiə Nazirliyinin yeni tikilmiş “N” saylı hərbi hissəsinin açılışı da bu istiqamətdə atılmış növbəti mühüm addım oldu. Açılışın məxsusi olaraq Silahlı Qüvvələr Günündə keçirilməsi isə, bu hadisənin siyasi əhəmiyyətini bir qədər də artırmış oldu. Müzəffər Ali Baş Komandan hərbi hissəsinin açılışında və komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə etdiyi çıxışında bir daha vurğuladı ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdirlər.

Həqiqətən də bu gün öz Şanlı Ordusunun gücünə, qüdrətinə arxayın olan Azərbaycan xalqı tam əminamanlıq şəraitində quruculuq işlərini davam etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində etdiyi çıxışında söylədiyi kimi, bu gün işğaldan azad edilmiş ərazilərdə müşahidə olunan dağıntılar erməni faşizminin təzahürləridir. Bütün davranışlarında əsl vandal xisləti nümayiş etdirən erməni qəsbkarları binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar, viran qoyublar. Otuz il ərzində erməni faşistləri Azərbaycanın təbii sərvətlərimizi talan edir, ağacları kəsir, yaşıllıqları amansızcasina məhv edirdilər. Bu illər ərzində ümumilikdə 60 min hektar meşə fondu məhv edilib, çaylarımız zəhərlənib, qızıl yataqlarımız qanunsuz istismar edilib. Əlbəttə ki, bu işlərdə əli olan bütün cinayətkarlar öz əməllərinə görə cavab verməlidirlər və verəcəklər də. Azərbaycan isə yenə də öz ruhuna uyğun olaraq qurub-yaradır. Artıq bu gün həmin ərazilər yenidən dirçəlir və bu torpaqlara həyat yenidən qayıdır. Dövlət başçımızın dediyi kimi, biz bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik. Çünki bu ərazilərin sahibi bizik və biz bu torpaqlara həmişəlik qayıtmışıq.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 88 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31