“Narkomaniyaya qarşı birgə olaq!” adlı maarifləndirmə tədbiri keçirilib
26.07.2022 [15:28]
Narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifələrdən olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biridir və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu gün üzərimizə düşən ən vacib vəzifələrdən biri bu bəlaya qurşanan vətəndaşlarımızı normal həyata qaytarmaqdır. Bu yöndə maarifləndirmə işləri il ərzində istər dövlət orqanları, istərsə də digər qurumlar tərəfindən keçirilir və bundan sonra da davamlı şəkildə aparılacaq.
Milli Məclisin deputatı Aqil Məmmədov vurğulayıb ki, bu bəlanın qarşısının alınması hər kəsin vətəndaşlıq borcudur. Narkomaniya ilə cəmiyyət olaraq mübarizə aparmalıyıq. Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. O vurğulayıb ki, görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar nəticəsində son illərdə mühüm nəticələr əldə olunub.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Faiq Mehtiyev qeyd edib ki, Kəlbəcər rayonunda da narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə ciddi şəkildə davam etdirilir. Rayon ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ‘Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı 2014-2019-cu illər üzrə Dövlət Proqramına uyğun aparılır. Bu proqramın yerinə yetirilməsi ilə əlaqədar Kəlbəcər rayonunda çox geniş tədbirlər həyata keçirilir.
Kəlbəcər rayon Polis şöbəsinin Təşkilatı inspeksiya qrupunun rəisi, mayor Kənan Kərimov Daxili işlər orqanlarının narkomaniya ilə mübarizə tədbirləri haqqında məlumat verib. Cinayət Məcəlləsində narkotik vasitələr və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama ilə bağlı əməllərə (külli və xüsusilə külli miqdarda törədildikdə) görə cəzaların daha da sərtləşdirildiyini bildirən K.Kərimov qeyd edib ki, mütəmadi olaraq cəmiyyətdə, orta məktəblərdə marifləndirici tədbirlər həyata keçirilir. .
Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Xəqani Cəfərov deyib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal olması çox zəruridir.
Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və istifadəsinə, eləcə də zərərli vərdişlərə qarşı mübarizə tədbirlərində fəal iştirakına görə bir sıra idarə-təşkilatlar müvafiq
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

