Beynəlxalq hüquq və normalara sadiqlik
04.11.2022 [16:09]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır.” Dövlət başçısı İlham Əliyevin oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü zamanı səsləndirdiyi bi fikirlər Qarabağ münaqişəsinin tarixə qovuşması ilə yaranan yeni reallıqların həyata keçirilməsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının zamanı olduğunu bir daha təsdiqlədi.
Artıq iki ildir tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Tarixi sahibinə qovuşan torpaqlarımızda aparılan bərpa-quruculuq işləri bu reallıqların əsas tərkib hissəsidir. İki ildə ölçüyəgəlməz dərəcədə görülən işlər ölkəmizin malik olduğu imkanları təqdim etməklə yanaşı, tarixi Zəfərimizin reallıqlarının təqdimatı və qəbuludur. İşğaldan azad edilmiş ərazilərimiz, o cümlədən mədəniyyət paytaxtımız Şuşa diplomatik mərkəzə çevrilib. İki ildə bu torpaqlara nə qədər səfərlər edilib. Qarabağın və Zərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Atılan hər bir addım Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların təsdiqidir.
Bu günümüzün digər məsələsi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanmasıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra iki ölkə arasında yeni səhifənin açılmasına xidmət edən davamlı görüşlər keçirilib. Azərbaycan dövləti bu istiqamətdə Rusiyanın və Avropa İttifaqının səylərini yüksək dəyərləndirir. Ötən ilin yanvar ayında keçirilən Moskva, noyabrda Soçi, bu günlərdə növbəti Soçi görüşü sülh müqaviləsinin imzalanmasına doğru atılan addımların tərkib hissəsidir. 4 dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüssel görüşləri keçirilib. Bu ay növbəti Brüssel görüşünün keçirilməsi nəzərdə tutulub.
Dövlət başçısı İlham Əliyev bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfəri zamanı rusiyalı həmkarı ilə görüşündə “Bugünkü görüş bizim regional məsələlərə həsr edilib” söyləyərək bildirdi ki, Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm: “İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.”
Keçirilən görüşlərin hər birinin yekunu olaraq imzalanan bəyanatda əksini tapan müddəaların hər biri Azərbaycanın mövqeyinin dəstəklənməsi, maraqlarımızın müdafiəsidir. İrəli sürülən 5 prinsip beynəlxalq hüququn əsas prinsipləridir. Azərbaycanın xarici siyasətində beynəlxalq hüququn norma və prinsipləri əsas yer tutur. 30 illik işğal dövründə dünyaya edilən əsas çağırışlardan biri ədalətin və beynəlxalq hüququn öndə saxlanılması oldu. Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz.
44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etdik. Bu gün sülh müqaviləsinin imzalanmasında Azərbaycanın irəli sürdüyü 5 prinsipdən biri ərazi bütövlüyü prinsipidir. Ermənistan bu prinsipləri qəbul etməklə ərazi bütövlüyümüzü dəstəklədiyini bildirdi. Artıq bu dəstəklərin real addımlarda öz təsdiqini tapması zamanıdır.
Xəbər lenti
Hamısına baxSosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16

