Vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü
07.12.2022 [11:41]
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın gücünün, qüdrətinin dünyaya nümayişi oldu. 30 illik işğala 44 gündə son qoyulması özündə bütün məqamları ehtiva edir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Emənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasının ardınca ölkəmiz dünyaya səs salan, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının nümayişi olan Zəfər paradını keçirməklə möhtəşəm Qələbəmizin təqdimatını etdi. “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Bu fikirləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 10 dekabr tarixində Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında bildirdi. Cənab İlham Əliyevin bu fikirləri iki dost, qardaş ölkənin hər zaman bir yerdə olmasının yaratdığı qürur hissinin təqdimatı oldu: “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir.”
Tarixi Zəfərimizdən, Zəfər ruhlu paraddın keçirilməsindən iki il ötsə də həmin dövrü böyük qürur hissi ilə yada salırıq. Azərbaycan əsgəri 30 ilin nisgilinə son qoydu. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havdarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızı işğaldan azad edilmiş bütün torpaqlarımızda ucaldıldı.
Xalqımız torpaqlarımızın işğaldan azad ediləcəyinə tam əmin idi. Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 19 ildə uğurlu davamının nəticələri göz önündədir. Cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. Azərbaycan xalqının başı uca, alnı açıqdır. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən daim bildirir ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Dövlət başçısı Zəfər paradındakı çıxışında bir daha vurğuladı ki, Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.”
Son iki ildə işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri Zəfər paradında söylənilən fikirlərin reallıqda təsdiqidir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bu torpaqlara yeni nəfəs gəlir. İki ildə Azərbaycan Ordusunun gücünün, qüdrətinin artırılması istiqamətində atılan addımlar da göz önündədir. Müzəffər Ali Baş Komandan postmünaqişə dövrünün hədəflərini açıqlayarkən ordumuzun gücünün, döyüş ruhunun artırılmasını prioritet məsələ kimi qarşıya qoydu. Eyni zamanda, bu çağırış edildi ki, əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruq” yerindədir.
“Dəmir yumruğ”un ardınca “Qisas”, “Qətiyyətli addım” əməliyyatları Ermənistana və 30 ildə ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00

