ANAMA və YAP Binəqədi rayon təşkilatı birgə maarifləndirmə tədbiri keçirib
26.12.2022 [14:13]
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən YAP Binəqədi rayon təşkilatının təşəbbüsü ilə icra hakimiyyəti, rayon ərazisində fəaliyyət göstərən keçmiş məcburi köçkün ümumtəhsil və peşə məktəbləri nümayəndələrinə, müvafiq qurumların əməkdaşlarına, eləcə də rayonun ictimai həyatında yaxından iştirak edən partiya üzvlərinə “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, eləcə də ANAMA və YAP-ın məsul nümayəndələri iştirak edib.
Tədbirin məqsədi mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas istiqamətlərindən biri olan partlayıcı sursatların təhlükəsi haqqında biliklərin artırılmasından ibarət olub.
Açılış nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, minalar və müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra onilliklər boyu təhlükəsizliyə, inkişafa böyük əngəl törədir. Təəssüf ki, minalardan zərərçəkən vətəndaşlarımız da var. Bu kimi halların qarşısını almaq üçün Agentlik tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması görülən işlərin əsas məqsədidir.
ANAMA-nın idarə rəisi Ramil Əzizov bildirib ki, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunan qurumların nümayəndələri, mülki əhali, eləcə də müharibənin təsirinə məruz qalmış rayonlarda yaşayan sakinlər arasında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm rol oynayır. Bu sahədə ANAMA tərəfindən ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı PSTM və məktəblərdə maarifləndirmə tədbirləri həyata keçirilir.
Tədbirdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, davranış qaydaları, mina haqda yanlış təsəvvürlər barədə iştirakçılara məlumat verilib, minalanmış ərazilərin əlamətləri, eləcə də təhlükə anında həyata keçirilməli olan addımlar iştirakçıların diqqətinə çatdırılıb.
Həmçinin, müxtəlif növ mina və sursatların vizual tanınması məqsədilə maketlər nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

