Milli iradəmizin zəfər çaldığı gün
19.01.2023 [11:42]
20 Yanvar faciəsi tariximizin daha bir qanlı səhifəsidir. Ölkəmizdə baş qaldıran milli azadlıq hərəkatını boğmaq məqsədilə törədilən, suverenliyimizə siyasi-hərbi təcavüz olan 20 Yanvar hadisələri göstərdi ki, Azərbaycan Vətən, torpaq yolunda canından keçməyə qadir qəhrəmanların yurdudur. O zaman 130-dan çox insan həlak oldu, 744 nəfər yaralandı, onlarla insan itkin düşdü, dinc əhaliyə qarşı qeyri-insani qəddarlıq tətbiq edildi. Hadisələrin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən ulu öndər Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bildirdi, qanlı faciəni pislədi, günahsız, silahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş bağışlanılmaz cinayət adlandırdı. 21 yanvarda Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən mətbuat konfransında çıxış edən Ümummilli Lider xalqımıza qarşı qətliamı törədənləri cəsarətlə ittiham etdi. Müdrik şəxsiyyət Heydər Əliyev “Azərbaycanda baş verən hadisələrə gəlincə mən onları demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm” bildirdi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyev verdi. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu istiqamətdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycannın müstəqilliyinin təmin edilməsi yolunda canlarından keçən şəhidlərimizin xatirəsini əziz tutaraq müstəqilliyimizin əbədiliyinin, sarsılmazlığının qorunması üçün xilaskarlıq missiyasını uğurla yerinə yetirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyaya Günəş kimi doğdu. Xalqımız sözün əs mənasında müstəqilliyin sevincini yaşadı, öz təbii resurslarının əsl sahibinə çevrildi. 1993-2003-cü illər Azərbaycanın müstəqillik tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Son 19 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı Zəfər tarixi bütün uğurlarımızın zirvəsi olmaqla, bir daha təsdiqlədi ki, xalqımız yenilməzdir, məğrurdur. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ölkə Prezidentinin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

