Qlobal Bakı Forumu aparıcı beynəlxalq dialoq platformalarından birinə çevrilib
13.03.2023 [11:34]
“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirak etməsi aparılan müzakirələrin əhəmiyyətinin və səviyyəsinin kifayət qədər yüksək olduğunu nümayiş etdirirdi. Heç şübhəsiz ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu mənada, müzakirələr nəticəsində hasil olan nəticəyə uyğun dünyaya yeni mesajların verilməsi faydalı olduğundan bir daha belə bir dialoq platformasına ehtiyacın olduğu ortaya çıxır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin Forumdakı çıxışında qlobal və regional təhlükəsizlik məsələlərinə toxunması, dünyadakı enerji, siyasi və hərbi böhranların nəticələrini təhlil etməsi, bütün bu problemlərdən çıxış yollarını da göstərməsi dialoq platformasının əhəmiyyətini və ona olan marağı daha artırırdı: “Prezident İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Zəfərindən, müharibənin nəticələrindən, Ermənistanın imzaladığı kapitulyasiya aktından, orada əksini tapmış məsələlərdən, eləcə də Zəngəzur dəhlizindən də bəhs edib. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin çıxışı əsasən sülh çağırışı və əməkdaşlıq əlaqələrinin qurulması motivi üzərində qurulmuşdu. Forumda Cənubi Qafqazda əməkdaşlıq, sabitlik və regionun dayanıqlı inkişafı naminə Azərbaycanın sülh çağırışları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Baxmayaraq ki, hazırda Ermənistan tamamilə asılı olan və digər ölkələrin müstəmləkəsinə çevrilsə də, onun öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Hazırda da sülh üçün vaxt yetişib və Azərbaycan sülh istəyir. Əldə olunacaq sülh nəticəsində isə çoxkonfessiyalı və çoxmillətli ölkə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Heç şübhəsiz ki, 2022-ci ilin oktyab ayında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət sülhə nail olmaqda maneənin olmadığını göstərir”.
“Forumda Prezident İlham Əliyev enerji təhlükəsizliyindən də söz açıb və bu sahədə Azərbaycanın mühüm fəaliyyətini bir daha diqqətə çatdırıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır və ölkəmiz Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alıb. Reallıq odur ki, hazırda Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişib. İndi isə növbə perspektiv layihələrlə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

