Azərbaycan qlobal miqyasda özünü etibarlı tərəfdaş kimi təsdiqləyib
13.03.2023 [11:39]
Ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan qlobal miqyasda özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Buna görə də bu gün özünün enerji təhlükəsizliyinə ciddi təhdidlər hiss edən Avropa ölkələri Azərbaycanla enerji əməkdaşlığına böyük maraq göstərirlər. İndiki reallıqlar fonunda ölkələrin enerji təhlükəsizliyinin təmin olunması çox önəmlidir. Təbii ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir və Ukraynada müharibə başlayandan sonra bu, hər zaman olduğundan daha aydın şəkildə görünür.
Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Dünyada sənaye üsulu ilə neft hasilatına, məhz Bakıda başlanıb. Azərbaycan neftçilərinin dünya neft sənayesinə bəxş etdiyi ilklərdən biri də, dənizdə neftçıxarmanın təməlinin qoyulması ilə bağlıdır, lakin uzun illər ərzində quruda və dənizdə neft hasilatının respublikamıza, xalqımıza böyük ölçüdə xeyiri olmamışdır. Əksinə, yataqların ekoloji normalar gözlənilmədən istismarı və heç bir reabilitasiya tədbirləri görülməməsi səbəbindən yarımadada torpaqlar və dəniz hədsiz dərəcədə çirklənib. Necə deyərlər, illər boyunca “qara qızıl”ın adı Azərbaycanın, dadı, mənfəti isə özgələrinin olub. Yalnız müstəqillik illərində respublikamız və xalqımız özünün təbii sərvətlərinin sahibinə çevrildi. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni neft strategiyası mərhələlərlə reallaşdırılıb. Hər mərhələdə dövrün reallıqları, çağırışları mütləq nəzərə alınıb ki, bu da milli neft strategiyamızın uğurlarını şərtləndirir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. 1994-cü il sentyabr ayının 20-də ölkəmizlə transmilli şirkətlər arasında “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. Məlumdur ki, Azərbaycanın enerji strategiyası, “Əsrin müqaviləsi”imzalandıqdan sonra başlamışdır. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” imzalandıqdan az sonra, Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib. Belə ki, 1997-ci ilin sonlarında Xəzər sahillərindən neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb, lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycanın yeni ixrac boru kəmərlərinə ehtiyacı var idi. Qısa müddətdə respublikamız iki strateji neft boru kəmərinin inşasına nail oldu. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkildi. 1999-cu ilin dekabr ayında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker bu alternativ kəmərlə dünya bazarlarına çıxarılıb. 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxunun əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il may ayının 25-də ölkə Prezidenti, cənab İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.
Bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin etmək gücündədir. Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə xüsusi toxunmalıyıq. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücünə malik “Qaradağ” günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarına və sazişlərə əsasən, 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanında olacaqdır. Ölkə Prezidenti, cənab İlham Əliyev hər zaman mühüm məqamları diqqətə çatdıraraq bildirib ki, Azərbaycana etibarlı, uzunmüddətli və ədalətli nizamlama qanunvericilik olan bazarlar lazımdır. Bu isə, Avropa bazarıdır. Danılmaz olan bu həqiqət də məlumdur ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçılarına isə, əlavə enerji resursları mənbələri lazımdır. Bizim planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Azərbaycanın enerji istehsalı, ixracı, daşınması sahəsində qazandığı uğurlar hamıya məlumdur. Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmış Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş nümunə kimi göstərilə bilər.
Qətiyyətlə deyə bilərik ki, bu gün, ölkə Prezidenti, cənab İlham Əliyev xalqımızın milli maraqlarını qorumaq üçün əlindən gələni etməsi, həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən dünyəvi siyasəti Azərbaycanı dünyada lider dövlətə çevrmişdir.
Müşfiq Səfərov - Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

