Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Özbəkistanda konstitusiya dəyişikliyi ilə bağlı referendumda seçicilərin əksəriyyəti səs verib

Özbəkistanda konstitusiya dəyişikliyi ilə bağlı referendumda seçicilərin əksəriyyəti səs verib

30.04.2023 [18:49]

Özbəkistanda konstitusiya üzrə referendumda seçicilərin 81,39%-i iştirak edib.

“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bəhrom Kuçkarov bildirib.

“Referendum yüksək fəallıq ilə keçirilir, saat 17:00-a qədər respublikamızın ərazisində və xaricdə 15 milyon 802 min 95 nəfər səs verib ki, bu da seçicilərin sayının 81,39 faizini təşkil edir”, - MSK rəsmisi deyib.

Kuçkarov qeyd edib ki, böyük vaxt fərqinə görə ABŞ-da Özbəkistan vətəndaşlarının sıx məskunlaşdığı yerlərdə səsvermə mayın 1-də başa çatacaq.

Referendum zamanı vətəndaşların iradəsinə mane olan ciddi qanun pozuntusu qeydə alınmayıb.

Özbəkistanın qanunvericiliyinə uyğun olaraq, səsvermə siyahılarına daxil edilmiş seçicilərin 50%-dən çoxu iştirak edərsə, referendum keçirilmiş sayılır.

Özbəkistanda konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum ölkə Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilir.

N.Nurullayeva

Daşkənd

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31