Azərbaycan regional güc kimi qəbul edilir
10.02.2023 [11:42]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi artıq ənənə halını alıb. Ötən həftə Bakıda, "Gülüstan" sarayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı ilə yanaşı, "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının da açılışı da ölkəmizin artıq regionun güc mərkəzinə çevrildiyinin təsdiqidi idi.
Müasir dünyanın üzləşdiyi çağırışlar və qlobal enerji balansındakı dəyişikliklər dayanıqlı, xüsusən yaşıl və hidrogen enerji güclərinin artırılmasını gündəmə gətirildiyi bir vaxtda Azərbaycan Avropaya təbii qazla yanaşı, həm də "yaşıl enerji"nin ixracı ilə bağlı möhkəm təməllər yaradır. Enerji layihələrini uğurla həyata keçirən ölkəmizdə "yaşıl enerji" və hidrogen üçün əlverişli münbit mənbələr var. Xəzərdən hasil olunan təbii qazın Avropaya çatdırılması üçün Avropa İttifaqının ölkəmizlə fəal əməkdaşlıq etməsinin nəticəsidir ki, Azərbaycanın təbii qazı Avropa bazarlarına ixrac olunur.
Məhz Prezident cənab İlham Əliyevin siyasi qətiyyəti ilə reallaşan "Cənub qaz dəhlizi"nin ətrafında Avropa İttifaqının ayrı-ayrı dövlətləri, beynəlxalq maliyyə qurumları vahid komanda halında birləşdilər. Bu da bir daha Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu aydın şəkildə göstərir.
Dövlət Başçımız "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında ölkəmizin "yaşıl enerji" potensialına toxunaraq, bildirib ki, Azərbaycan, həmçinin çox böyük "yaşıl enerji" potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik.
Azərbaycanın, Gürcüstanın, Macarıstanın və Rumıniyanın təmsil olunduğu "yaşıl enerji" komandasının sıraları daha da böyüyəcək. "Yaşıl enerji" ixracı ilə bağlı qarşıda vəzifələr durur. Bura Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, Gürcüstanla sərhədə qədər, həmçinin Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi, maliyyə institutları ilə əməkdaşlıq daxildir. Lakin enerji təhlükəsizliyinin aktuallaşdığı, o cümlədən "yaşıl enerji"yə keçidin prioritet olduğu bir dövrdə bu vəzifələrin hər biri vaxtından da tez sürətlə reallaşacaq.
Dövlətimizin başçısı çıxışında bəyan etdiyi kimi: "Biz gələcəyə doğru baxırıq". Gələcəyin enerjisi isə "yaşıl enerji"dir. Azərbaycanın da çox böyük bərpaolunan enerji potensialı da var. Avropa ölkələri də Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlıq niyyətindədirlər.
“Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq”. Prezident cənab İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən regional güc kimi qəbul edilməkdədir
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

