Tərtərdə “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirilib
19.01.2022 [16:33]
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar YAP Tərtər rayon təşkilatında “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsində və Qarabağ uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Tərtər rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ramiz Şabanov tədbirdə “20 Yanvar qan yaddaşımızdır” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycana ərazi iddiaları ilə çıxış edən Ermənistanın məkirli niyyətinə qarşı öz səsini ucaldan Azərbaycan xalqını susdurmaq məqsədilə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun bilavasitə göstərişi ilə törədilmiş bu dəhşətli cinayət bəşəriyyətə qarşı yönəlmiş qatı cinayət əməli idi. Tərkibində ermənilərin də olduğu hərbi birləşmələr uşaq, qadın, qoca demədən, qarşılarına çıxan hər kəsi gülləbaran edir, zirehli texnikaların tırtılları altında əzərək məhv edirdilər. O dövrdə Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciəyə heç bir qiymət verilməmiş, cinayəti törədənlərə qarşı o vaxtkı ölkə rəhbərliyi tərəfindən adi bir irad da tutulmamışdı. Azərbaycan tarixinə qanlı 20 Yanvar kimi daxil olan bu hadisəyə siyasi qiymət yalnız Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilib.
R.Şabanov deyib ki, bu qanlı faciənin törədilməsindən 32 il keçsə də, hər bir Azərbaycan vətəndaşı tariximizdən ibrət dərsi alaraq, müxtəlif zamanlarda başımıza gətirilən bəlaların mahiyyəti, məqsədi, niyyətləri barədə bu günkü və gələcək nəsilləri məlumatlandırmağa borcludur.
Tədbirdə gənc fəal Mehdi Səfərov, “Təhsil” ərazi partiya təşkilatının sədri İntiqam Nuruyev, şəhər 2 saylı məktəb-liseyin müəllimi Sevinc Tağıyeva və Səhləbad ərazi partiya təşkilatının sədr müavini Səbuhi İbrahimov çıxış edərək qan yaddaşımız olan 20 Yanvar faciəsinin xalqın azadlıq mübarizəsində mühüm əhəmiyyət kəsb etməsindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

